AĞIZ CƏRRAHİYYƏSİ

AĞIL DİŞLƏRİNİN ÇƏKİMİ

Ağıl dişləri ağız boşluğunda 17-25 yaşlar arasında və ən son çıxan dişlərdir. Bu dişlərin ağızda qalıb qalmaması mübahisəlidir. Dişin çəkilməsinə qərar vermədən öncə xəstənin şikayətləri və arzuları, dişin çənədəki mövqeyi, ətrafındakı sərt və yumuşaq toxumalar ilə əlaqəsi, həmçinin qonşu dişlərə zərər verib verməməsi kliniki və rentgenolojı müayinə aparılaraq  qiymətləndirilir.

Show More

DİŞ KÖKLƏRİNİN APİKAL REZEKSİYASI

Kanal müalicəsi nəticəsində diş köklərinin ucunda yaranmış kistaların və qranulyomaların tam müalicəsinin mümkün olmaması hallarında, xroniki fistulaların və ya qırılmış kanal alətlərin cərrahi olaraq çıxarılmasına ehtiyac olduqda, kalsifikasiya və ya perforasiya olmuş kök kanal müalicələrini tamamlamaq məqsədi ilə kök ucunun ətrafındakı xəstəlikli toxumaların rezeksiyası ilə çıxarılması, həmçinin o nahiyyədəki kökün və boşluğun tam doldurulması nəzərdə tutulur.

FRENEKTOMİYA

Frenulum (yüyən), ağız boşluğunda dilin altından və ya dodağın iç tərəfindən üst və alt kəsici dişlərin arasına qədər uzanan, bəzi hallarda dodağın və ya dilin hərəkətini məhdudlaşdıra bilən yumuşaq selikli qişa toxumasıdır. Normal ölçülərdən daha böyük və qalın olduqda və ya dişəti kənarına çox yaxın bağlandığında dişəti çəkilməsinə, dişlərin birləşməməsinə, diastemanın yaranmasına, dişəti xəstəliyinə və ya xüsusən uşaqlarda danışma probleminə səbəb ola bilərlər. Bu halda frenulumun tamamını və ya bir parçasınının cərrahi olaraq çıxardılması məqsədi ilə frenulotomiya aparılır. Daha sonra dişlər arasında yaranan məsafə ortodontik müalicə ilə tənzimlənir.

Show More

DODAQ REPOZİSİYA CƏRRAHİYYƏSİ

“Dişəti təbəssümü” insanlarda gülümsəmə zamanı dişlərin normal uzunluqda olmasına baxmayaraq dişətlərinin normadan artıq görünməsidir. Dodaq repozisiya cərrahiyyəsi ilə estetik gorüntüdəki fəsadların və həddindən artıq dişəti görüntüsünün qarşısını almaq üçün istifadə olunur. Həmçinin bu cərrahiyyədən sonra dodaq həcminin təbii olaraq artır və təbəssümdəki asimmetrik görüntü tənzimlənir.

Show More

Copyright © 2017-2019 I Cavid Ahmedbeyli DDS MSc PhD