Pink to Orange Gradient

Diş Əti Estetikası

DİŞ TACININ UZADILMASI

İnsanlarda “Diş əti təbəssümü” adlanan, gülümsəmə zamanı diş tacının, anatomik olaraq normal uzunluqda olmasına baxmayaraq, normadan artıq diş əti ilə örtülü və qısa görünməsidir. Cərrahiyyə sırasında normadan artıq olan diş əti və sümük toxuması bir və ya bir neçə diş ətrafında tənzimlənərək təbii gülümsəmə əldə olunur. Bununla yanaşı, bu cərrahiyyə növü diş əti səviyyəsinin altında olan çürüklərin və diş qırıqlarının bərpasından öncə və ya protezləmə mərhələsindən öncə klinik diş tacının artırılması məqsədi ilə aparıla bilər.

ÖNCƏ/SONRA

Böyütmək üçün şəklin üzərinə klikləyin.

1/1

DİŞ ƏTİ HƏCMİNİN ARTIRILMASI

Dişlər və implantlar ətrafında uzun müddətli diş əti sağlamlığını və gündəlik ağız boşluğu qiqiyenasını təmin etmək üçün keratinləşmiş və yapışıq diş ətının varlığı çox vacibdir. Kifayət qədər diş əti olmadıqda donor toxuma olaraq istər "qızıl standart" qəbul olunan xəstələrin damaq nahiyyəsindən alınan diş əti toxuması və ya əvəzedici biomateriallar istifadə edilərək diş əti həcmi artırılır.

ÖNCƏ/SONRA

Böyütmək üçün şəklin üzərinə klikləyin.

1/1

© 2020 Cavid Ahmedbeyli