Architectural Structure

Frenektomiya

FRENEKTOMİYA

Frenulum (yüyən) ağız boşluğunda dilin altından və ya dodağın iç tərəfindən üst və alt kəsici dişlərin arasına qədər uzanan, bəzi hallarda dodağın və ya dilin hərəkətini məhdudlaşdıra bilən yumuşaq selikli qişa toxumasıdır. Normal ölçülərdən daha böyük, qalın olduqda və diş əti kənarına çox yaxın bağlandığında diş əti çəkilməsinə, dişlərin birləşməməsinə, diastemanın yaranmasına, diş əti xəstəliyinə və ya xüsusən uşaqlarda danışma probleminə səbəb ola bilərlər. Bu halda frenulumun tamamını və ya bir parçasınının cərrahi olaraq çıxardılması məqsədi ilə frenektomiya aparılır. Daha sonra dişlər arasında yaranan məsafə ortodontik müalicə ilə tənzimlənir.

ÖNCƏ/SONRA

Böyütmək üçün şəklin üzərinə klikləyin.

1/1

© 2020 Cavid Ahmedbeyli