Twisted Roof Structure

İmplant

DENTAL İMPLANTLAR

Dental implantlar - ağız boşluğunda dişəti xəstəlikləri, travma və ya digər səbəblərdən itirilmiş dişləri əvəz etmək məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş kökləridir. Diş implantları üçün ideal namizədlər, yaxşı ümumi və ağız boşluğu sağlamlığı olan insanlardır. İmplant planlanması sırasında ağız boşluğunda bütün müalicələr tamamlanmış, dişətləri sağlam və cərrahi nahiyədə kifayət qədər çənə sümüyü həcmi və ölçüləri olmalıdır. 

Parodontoloqlar - implantlar ətrafında diş əti xəstəliklərinin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqlardır.

Qapaq

Hissəvi protez

Tam protez

SİNUS LİFTİNQ

İmplantın uğurlu olması üçün əsas amillərdən biri implantın yerləşdiriləcəyi nahiyədə kifayət qədər keyfiyyətli və həcimli sümüyün olmasıdır. Yuxarı çənənin azı dişləri nahiyəsi bir çox vaxt çənə sümüyünün azlığı və Haymor boşluğuna yaxınlığı səbəbi ilə uğurlu implant cərrahiyyəsi üçün çətinlik təşkil edir. Bu halda, o nahiyədə implanta uzun müddətli dəstək verə biləcək keyfiyyətli və həcimli sümük əldə etmək məqsədi ilə acıq və ya qapalı sinus liftinq əməliyyatı aparılmalıdır.

Qapalı sinus-liftinq

Acıq sinus-liftinq

ÇƏNƏ SÜMÜYÜ DARAĞININ AQUMENTASİYASI

Dişlər çəkildikdən sonra çəkim boşluğunun toxuma itkisinə qarşı qorunması məqsədi ilə xüsusi biomateriallar istifadə olunaraq aqumentasiya olunmalıdır. Çəkim boşluğu uzun müddət dişsiz qaldığı zaman çənə sümüyü darağında estetik və anatomik qüsurlar yarana bilər. Yaranmış bu qüsurları, xüsusən də implant cərrahiyyəsi və protezləmə öncəsi, çənə sümüyü darağında aqumentasiya cərrahiyyəsi ilə bərpa etmək vacibdir.

Dişin çəkim boşluğunun toxuma itkisinə qarşı qorunması

Çənə sümüyü darağının aqumentasiyası

DƏSTƏKLƏYİCİ DİŞ ƏTİ MÜALİCƏSİ 

Uğurlu implant müalicəsi həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına, dəstəkləyici diş əti müalicəsinin vaxtında aparılması və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riayət edilməsi ilə əməkdaşlıq tələb edir. Periodik kontrol müayinələri diş əti sağlamlığının stabilliyini təmin etmək üçün, peri-implant mukozit və peri-implantit kimi diş əti xəstəliklərinin yaranmaması və implantı dəstəkləyən toxumaların itki ilə nəticələnmədiyindən əmin olmaq üçün həyati vacibdir. Dəstəkləyici diş əti müalicəsinin sıxlığı hər 4-6 aydan bir nəzərdə tutulur, implant ətrafı toxumalarda diş əti xəstəliyinin yaranma ehtimalı və bu xəstəliklərin o insanda fərdi inkişaf etmə riskindən asılıdır.

ÖNCƏ/SONRA

Böyütmək üçün şəklin üzərinə klikləyin.

1/1

© 2020 Cavid Ahmedbeyli 

bone_graft1.jpg