İMPLANTOLOGİYA

DENTAL İMPLANTLAR

Dental implantlar - ağız boşluğunda dişəti xəstəlikləri, travma və ya digər səbəblərdən itirilmiş dişləri əvəz etmək məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş kökləridir. Diş implantları üçün ideal namizədlər, yaxşı ümumi və ağız boşluğu sağlamlığı olan insanlardır. İmplant planlanması sırasında ağız boşluğunda bütün müalicələr tamamlanmış, dişətləri sağlam və cərrahi nahiyədə kifayət qədər çənə sümüyü həcmi və ölçüləri olmalıdır. Parodontoloqlar - implantlar ətrafında dişəti parodont xəstəliklərinin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqlardır.

Show More

MİNİ İMPLANTLAR

Show More

ORTODONTİK İMPLANTLAR

Show More

SİNUS LİFTİNQ

İmplantın uğurlu olması üçün əsas amillərdən biri implantın yerləşdiriləcəyi nahiyədə kifayət qədər keyfiyyətli və həcimli sümüyün olmasıdır. Yuxarı çənənin azı dişləri nahiyəsi bir çox vaxt çənə sümüyünün azlığı və Haymor boşluğuna yaxınlığı səbəbi ilə uğurlu implant cərrahiyyəsi üçün çətinlik təşkil edir. Bu halda, o nahiyədə implanta uzun müddətli dəstək verə biləcək keyfiyyətli və həcimli sümük əldə etmək məqsədi ilə sinus liftinq əməliyyatı aparılmalıdır.

DİŞİN ÇƏKİM BOŞLUĞUNUN QORUNMASI & ÇƏNƏ SÜMÜYÜ DARAĞININ AQUMENTASİYASI

Dişlər çəkildikdən sonra çəkim boşluğunun toxuma itkisinə qarşı qorunması məqsədi ilə xüsusi biomateriallar istifadə olunaraq aqumentasiya olunmalıdır. Çəkim boşluğu uzun müddət dişsiz qaldığı zaman çənə sümüyü darağında estetik və anatomik qüsurlar yarana bilər. Yaranmış bu qüsurları, xüsusən də implant cərrahiyyəsi və protezləmə öncəsi, çənə sümüyü darağında aqumentasiya cərrahiyyəsi ilə bərpa etmək vacibdir.

Copyright © 2017-2019 I Cavid Ahmedbeyli DDS MSc PhD