PARODONTOLOGİYA

PARODONTOLOJİ MÜAYİNƏ

Milyonlarla insan, dişlərin və implantların itkisinə yol aça bilən dişəti xəstəliklərindən və bunların nəticəsi olaraq ciddi infeksiyalara sahib olduqlarından xəbərsizdirlər. Bu insanlarda xəstəliyin inkişaf etmə riskinin və ya varlığının qiymətləndirilməsi üçün dişəti müayinəsi aparılmalıdır. Bəzi dişəti müalicələri ümumi stomatoloqlar tərəfindən idarə oluna bilər. Ancaq dünyada dişlər və implantlar ətrafındaki dişəti xəstəlikləri olan insanların sayı sürətlə artdıqca, xüsusən də bu xəstəliklərin digər xroniki sistem xəstəliklərlə əlaqəsi elmi araşdlırmalar nəticəsində təsdiqləndikcə, keçmişdə və hal-hazırda dişəti xəstəlikləri olan insanlarda bu sahədə ixtisaslaşmış və daha təcrübəli olan parodontoloqlar tərəfindən müayinə, müalicə və cərrahi əməliyyat olunması əhəmiyyət kəsb edir.

KONSERVATİV PARODONTOLOJİ MÜALİCƏ

Dişətləri sağlam olan insanlarda, dişəti toxumaları dişin boyun nahiyyəsini çox sıx və möhkəm şəkildə tam örtürlər və dişlərin çənə sümüyü toxumalarında tam dəstəyini təmin edirlər. Dişəti xəstəlikləri olduqda isə, dişəti və çənə sümüyü toxumaları iltihablanaraq aralarında bağ zəyiflədiyi üçün, dişlər ətrafında cibin dərinliyi artaraq, içindəki bakteriyaların çoxalaraq yaşamaları üçün daha çox yer təmin olunur. Nəticədə, daha cox çənə sümüyü itirildiyi üçün dişin çəkilməsi zərurəti yaranır.

Dişəti müalicəsinin əsas məqsədləri arasında, dişəti xəstəliklərinə səbəbi olan bakteriyal ərpə və risk faktorlara tam nəzarət edərək xəstəliyin inkişafını dayandırmaq, həmçinin itirilmiş və zərər görmüş toxumalarının bərpası və dərin ciblərin ortadan qaldırılması ilə dişlər ətrafında sağlam mühiti təmin etməkdir. Dişəti mualicəsi mümkün olduqca ən az invaziv və ən səmərəli şəkildə olmalıdır. Əksər hallarda dişəti müalicəsi cərrahiyyəsiz vasitələr ilə həyata keçirilə bilir, ancaq bilinməlidir ki, bu müalicənin məhdudiyyətləri vardır. Bu mərhələdə dişəti sağlamlığına nail ola bilmədiyimiz vaxt, dişəti cərrahiyyəsi uygun görülə bilər. Dişəti müalicəsi bir neçə mərhələlərdən ibarətdir:

I. Fərdi ağız boşluğu gigiyena təlimatı və məsləhəti

Dişəti müalicəsinin məqsədi ağız boşluğunda bakteriya miqdarını azaldaraq, nəticədə iltihab səviyyəsini də azaltmaqdır. Müalicə sırasında parodontoloq tərəfindən dişəti xəstəliklərinin səbəbləri və dişəti sağlamlığının necə qorunması haqqında məlumat verilir. Bununla yanaşı, hər bir insana, onun tələblərinə uyğun olaraq, ən uyğun diş fırçalama texnikası, diş ipi və ya dişarası fırçaların düzgün istifadəsi fərdi olaraq göstərilir.

II. Professional təmizliklərin aparılması

Dişin və implantlar ətrafındakı əlçatan nahiyələrdən xüsusi alətlər və cihazlar (Ultrasəs skeyler Sirosonic, Air-Flow®) istifadə edilərək bütün yumşaq və sərt yığıntılar çıxarıldıqdan sonra dişlərin cilalanması və xüsusi gellərin tətbiqi ilə aparılan müalicədir. 

III. Dişin kök səthinin təmizlənməsi və hamarlaşdırılması (Küretaj)

Parodontiti olan insanlarda professional təmizliklər aparıldıqdan 7-10 gün sonra xüsusi alətlər və cihazlar istifadə edilərək (Gracey Küretləri, Vector Paro, Lazer) dərin dişəti cibli dişlərin kök səthi, tərkibində bakterial toksinlər olan, ərp və diş daşları təmizlənərək, düzləşdirilir. Dişəti ciblərinin dərinlikləri bir miqdar azalsalar da, tamamən ortadan qalxmadıqları üçün, bu mərhələ periodik olaraq təkrarlanmalıdır. Bəzən əlavə olaraq, dişəti cibi içinə antiseptik/antibiotik tətbiqi kimi, dəstəkləyici antibakterial müalicəyə ehtiyac ola bilər. Bu mərhələdən sonra, əldə etdiyimiz dişəti sağlamlığını qorumaq məqsədi ilə, 3-4 aylıq fasilələrlə, parodontoloq tərəfindən periodik kontrollar aparılmalıdır.

IV. Dişəti xəstəliklərinə təsir edən risk faktorlarının tənzimlənməsi

Bəzi risk faktorları dişəti xəstəliklərinin yaranmasına tək başlarına səbəb olmasalar da, onların inkişafını sürətləndirib və iltihabın olduğu şəraitdə müalicəni qeyri-sabit olması ilə nəticələndirə bilərlər Bu faktorların aradan qaldırılması məqsədi ilə aşağıdakı bəzi işləmlər tələb oluna bilər:

  • Şəkərli diabeti və digər sistem xəstəliklərinin nəzarət altına alınması, siqaret və tütün məmulatlarının istifadəsinin azaldılması və ya tərgidilməsi

  • Dişləm sırasında çənələr arasında travmanın ortadan qaldırılması və bruksizmi olan xəstələrdə individual kappaların hazırlanması

  • Çənə sümüyündə zəifləmiş və laxlaması artmış dişlərin birləşdirilməsi 

  • Ümidsiz olaraq proqnozlaşdırılan dişlərin çəkimi

Show More

PARODONTOLOJİ CƏRRAHİYYƏ

Dişəti müalicəsindən 6-12 həftə sonrakı kontrol müayinəsində, parodontoloq tərəfindən ağız boşluğu gigiyenası və əldə olunan dişəti sağlamlığını qiymətləndirmək üçün, ilkin müayinə sırasında olduğu kimi, üzərində xüsusi xətkeşi olan, parodontoloji zond istifadə edilərək diş əti qanamasının varlığı və dişlər ətrafında cib dərinlikləri ölçülərək qeyd edilir və əlavə dişəti müalicələri haqqında tövsiyələr verilir. Bu zaman hər hansı bir dişin ətrafında dişəti cib dərinliyi ≥5 mm olquqda, dişəti cərrahiyyəsi uyğun görülə bilər. Bu dərinlikdəki ciblərdə, fırçalar və diş ipi xəstələr tərəfindən əlçatmaz olduğu üçün, bakteriyaların burada təkrar kolonizasiya olaraq yeni bir iltihaba və xəstəliyin təkrarlanmasına səbəb olur. 

 

PARODONTOLOJİ REGENERATİV CƏRRAHİYYƏ

Parodontoloji regenerativ cərrahiyyənin əsas məqsədi dişləri dəstəkləyən toxumaların sağlamlığını və uzun müddətli stabilliyini yaxşılaşdırmaqdır. Yerli anesteziya altında aparılan cərrahiyyə zamanı dərin ciblərin və diş kökləri arasındakı kök səthi tam görülərək bakteriyal ərpdən və diş daşlarından təmizlənməsi həyata keçirildikdən sonra dişlər ətrafındakı sümükdəki qüsura uygun olaraq osteoplastik tozlar, toxuma regenerasiyası proteinləri və ya membranlar kimi xüsusi regenerativ biomateriallardan istifadə edilərək, parodontit nəticəsində zərər görmüş və ərimiş sümük yenidən bərpa edilir. Bu cərrahiyyənin nəticəsinin uğurlu, həmçinin qazanılan dişəti sağlamlığının uzun ömürlü olması üçün həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riayət edilməsi cox vacibdir.

Show More

DİŞƏTİ ÇƏKİLMƏLƏRİNİN CƏRRAHİYYƏSİ

Dişəti çəkilməsi cərrahiyyəsinin məqsədi çəkilmə nəticəsində ağız boşluğuna açılmış kök səthinin çürüməkdən qorunması və diş əti ilə təkrarən tam örtülməsi ilə yaranan həssaslığın və estetik qüsurların ortadan qaldırılmasıdır. Cərrahiyyə zamanı donor toxuma olaraq istər "qızıl standart" qəbul olunan xəstələrin damaq nahiyyəsindən alınan dişəti toxuması və ya əvəzedici biomateriallar istifadə edilərək tək və ya çoxsaylı dişəti çəkilmələri tam örtülə bilər

Show More

DİŞ TACININ CƏRRAHİ UZADILMASI

İnsanlarda “Dişəti təbəssümü” adlanan, gülümsəmə zamanı diş tacının, anatomik olaraq normal uzunluqda olmasına baxmayaraq, normadan artıq dişəti ilə örtülü və qısa görünməsidir. Cərrahiyyə sırasında normadan artıq olan dişəti və sümük toxuması bir və ya bir neçə diş ətrafında tənzimlənərək təbii gülümsəmə əldə olunur. Bununla yanaşı, bu cərrahiyyə növü dişəti səviyyəsinin altında olan çürüklərin və diş qırıqlarının bərpasından öncə və ya protezləmə mərhələsindən öncə klinik diş tacının artırılması məqsədi ilə aparıla bilər.

Show More

DİŞƏTİ AQUMENTASİYASI

Dişlər və implantlar ətrafında uzun müddətli dişəti sağlamlığını və gündəlik ağız boşluğu qiqiyenasını təmin etmək üçün keratinləşmiş və yapışıq dişətının varlığı çox vacibdir. Kifayət qədər dişəti olmadıqda donor toxuma olaraq istər "qızıl standart" qəbul olunan xəstələrin damaq nahiyyəsindən alınan dişəti toxuması və ya əvəzedici biomateriallar istifadə edilərək dişəti həcmi artırılır.

Show More

PROFİLAKTİK PARODONTOLOJİ MÜALİCƏ

Uğurlu dişəti müalicəsi həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riayət edilməsi ilə tam əməkdaşlıq tələb edir. Periodik kontrol müayinələr dişəti sağlamlığının stabilliyini təmin etmək üçün, xəstəliyin təkrarlanmayaraq, dəstək toxumaların yenidən dağılması ilə nəticələnmədiyindən əmin olmaq üçün həyati vacibdir. Periodik kontrol müayinələrın sıxlığı dişəti xəstəliyinin ağırlığından və bu xəstəliyin o insanda individual inkişaf etmə riskindən asılıdır. Adətən, kontrol müayinələr hər 3-6 aydan bir nəzərdə tutulur.

Copyright © 2017-2019 I Cavid Ahmedbeyli DDS MSc PhD