Mountain Lake

Peri-implantit

Təbii dişlərdə olduğu kimi, implantlar ətrafında da bakteriyalar diş əti və çənə sümüyü toxumalarının qıcıqlandırması ilə iltihablanmasına və itkisinə səbəb ola bilərlər. Parodontoloqlar - implantlar ətrafında diş əti xəstəliklərinin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqlardır.

 

PERİ-İMPLANT MUKOZİT

Peri-implant mukozit zamanı diş əti iltihabı, implant ətrafında sümük itkisi olmadan, yalnız diş əti toxumalarında görünə bilər. Ümumiyyətlə, peri-implant mukozit peri-implantitin xəbərçisidir! Elmi tətqiqatlar göstəriblər ki, peri-implant mukozit, erkən diaqnoz edildiyində, geri dönüşümlü olaraq uğurla müalicə edilə bilər. 

PERİ-İMPLANTİT

Peri-implantit zamanı çənə sümüyü, peri-implant mukozitdən fərqli olaraq, implant ətrafındaki diş əti iltihabı və sümük itkisi ilə nəticələnir. Peri-implant xəstəliklərin əlamətləri dişlər ətrafindaki diş əti xəstəlikləri ilə bənzərdir: ödemli və fırçalama zamanı qanayan diş ətləri. Daha öncə diş əti xəstəlikləri diaqnozu qoyulanlar, ağız boşluğu gigiyenası aşağı səviyyədə olanlar, gün ərzində siqareti ≥10 ədəd istifadə edənlər və ya şəkərli diabeti nəzarət altında olmayan (qlikohemoqlobin (HbA1c) ≥7%) insanlar peri-implant xəstəliklərin yaranmasında daha yüksək risk altındadırlar. Peri-implantiti ortadan qaldırmaq üçün diş əti müalicəsinə əlavə olaraq cərrahi müalicə də tələb olunur.

Sağlam

Peri-implant Mukozit

Peri-implantit

İmplantın çıxarılması

DİŞ ƏTİ CƏRRAHİYYƏSİ

Diş əti müalicəsindən 6-12 həftə sonrakı kontrol müayinəsində, parodontoloq tərəfindən ağız boşluğu gigiyenası və əldə olunan diş əti sağlamlığını qiymətləndirmək üçün, ilkin müayinə sırasında olduğu kimi parodontoloji zond istifadə edilərək diş əti qanamasının varlığı, dişlər və implantlar ətrafında cib dərinlikləri ölçülərək qeyd edilir və əlavə diş əti müalicələri haqqında tövsiyələr verilir. Bu zaman hər hansı bir implantın ətrafında diş ətinin cib dərinliyi ≥5 mm və sümük itkisi ≥2 mm olquqda, diş əti cərrahiyyəsi tətbiq olunur. Bu dərinlikdəki ciblərdə, fırçalar və diş ipi xəstələr tərəfindən əlçatmaz olduğu üçün, bakteriyaların burada təkrar kolonizasiya olaraq yeni bir iltihaba və xəstəliyin təkrarlanmasına səbəb olur. Cərrahiyyə sırasında implant səthindəki əlçatmaz olan diş daşları tam təmizləndikdən sonra implant ətrafındakı sümükdəki qüsura uygun olaraq sümük qreftləri, toxuma regenerasiyası gelləri və kollagen membranlar kimi xüsusi biomateriallardan istifadə edilərək, diş əti xəstəlikliyi nəticəsində zərər görmüş və ərimiş sümük yenidən bərpa edilir.

DƏSTƏKLƏYİCİ DİŞ ƏTİ MÜALİCƏSİ

Uğurlu diş əti müalicəsi həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına, dəstəkləyici diş əti müalicəsinin vaxtında aparılması və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riayət edilməsi ilə əməkdaşlıq tələb edir. Periodik kontrol müayinələri diş əti sağlamlığının stabilliyini təmin etmək üçün, xəstəliyin təkrarlanmayaraq, dəstək toxumaların yenidən dağılması ilə nəticələnmədiyindən əmin olmaq üçün həyati vacibdir. Dəstəkləyici diş əti müalicəsinin sıxlığı hər 3-6 aydan bir nəzərdə tutulur, diş əti xəstəliyinin ağırlığından və bu xəstəliyin o insanda fərdi inkişaf etmə riskindən asılıdır.

ÖNCƏ/SONRA

Böyütmək üçün şəklin üzərinə klikləyin.

© 2020 Cavid Ahmedbeyli