Diş əti Müalicəsi
PARODONTOLOJİ MÜAYİNƏ
Milyonlarla insan, dişlərin və implantların itkisinə yol aça bilən diş əti xəstəliklərinə sahib olduqlarından xəbərsizdirlər. Bu insanlarda xəstəliyin inkişaf etmə riskinin və ya varlığının qiymətləndirilməsi üçün parodontoloji müayinə aparılılır.
Dünyada dişlər və implantlar ətrafındaki diş əti xəstəlikləri olan insanların sayı sürətlə artdıqca, xüsusən də bu xəstəliklərin digər xroniki sistem xəstəliklərlə əlaqəsi elmi araşdlırmalar nəticəsində təsdiqləndikcə, keçmişdə və hal-hazırda diş əti xəstəlikləri olan insanlarda bu sahədə ixtisaslaşmış və daha təcrübəli olan parodontoloqlar tərəfindən müayinə, qeyri-cərrahi və cərrahi müalicə olunması əhəmiyyət kəsb edir. Parodontoloq - dişlər ətrafında diş əti xəstəliklərinin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqlardır.
Diş əti müayinəsi sırasında parodontoloq tərəfindən xəstənin tam tibbi və stomatoloji tarixçəsi nəzərdən keçirilir. Hər hansı bir dərmanın istifadəsi və ya parodontun sağlamlığına təsir göstərə biləcək, hamiləlik, ürək-damar, şəkərli diabet və bu kimi hər hansı bir sistem xəstəliklərinin varlığı və onların müalicəsi haqqında parodontoloqun tam məlumatlandırılması vacibdir. Daha sonra ağız boşluğunda parodontoloji muayinə aparılır, dişlər və implantlar ətrafında diş əti sağlamlığı və ya xəstəliklərinin mövcudluğu, çənələr arasında dişlərin okklüziyası və itirilmiş dişlər nahiyyəsi ətraflı qiymətləndirilir. Parodontoloji müayinə sırasında parodontoloji zond istifadə edilərək dişlər və implantlar ətrafında ciblərin dərinlikləri ölçülür və bu məlumatlar parodontoqrammaya qeyd olunur. Panoram və periapikal rentgenlər vasitəsi ilə dişləri və implantları dəstəkləyən çənə sümüyü haqqında əlavə məlumat əldə olunur.
DİŞ ƏTİ XƏSTƏLİKLƏRİ
Diş əti sağlam olan insanlarda, diş əti toxumaları dişin boyun nahiyyəsini çox sıx və möhkəm şəkildə tam örtürlər və dişlərin çənə sümüyü toxumalarında tam dəstəyini təmin edirlər. Diş əti xəstəlikləri olduqda isə, diş əti və çənə sümüyü toxumaları iltihablanaraq aralarında bağ zəyiflədiyi üçün, dişlər ətrafında cibin dərinliyi artaraq, içindəki bakteriyaların çoxalaraq yaşamaları üçün daha çox yer təmin olunur. Təbii dişlərdə olduğu kimi, implantlar ətrafında da bakteriyalar diş əti və çənə sümüyü toxumalarının qıcıqlandırması ilə iltihablanmasına və itkisinə səbəb ola bilərlər.
GİNGİVİT
Gingivit diş ətində şişkinliyə, qırmızılığa və asanlıqla qanamaya səbəb olan, diş əti xəstəliklərinin ən mülayim formasıdır. Adətən bu mərhələdə narahatçılıq az olur və ya heç olmur. Bu xəstəliyə adətən qeyri-adekvat ağız boşluğu gigiyenası səbəb olur.
Gingivitə səbəb ola bilən digər amillər isə şəkərli diabet, siqaret istifadəsi, qocalma, genetik meyillilik, sistem xəstəlikləri, stress, qeyri-kafi qidalanma, cinsi yetkinlik, menopauza və hamiləlik dövrü, hormonal dəyişikliklər, maddə asılılığı, QİÇS və müəyyən dərmanların istifadəsidir.
PARODONTİT
Müalicə olunmamış gingivit parodontitə qədər inkişaf edə bilər, nəticədə isə dişin itirilməsinə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Vaxt keçdikcə, diş ərpi diş əti səviyyəsinin altından cibin icərisinə yayıla bilir. Ərp içərisindəki bakteriyaların toksinləri diş ətlərini qıcıqlandıraraq, insan organizmində xroniki iltihabi cavab stimullaşdırmaq, dişi dəstəkləyən toxumalarda, xususən də çənə sümüyündə əriməya səbəb olurlar. Bunun nəticəsində diş və diş əti arasında cib şəklində iltihablı boşluq formalaşır. Parodontit irəlilədikçə və xəstəliyin ağırlıq dərəcəsi artdıqca, ciblər dərinləşir və dişi dəstəkləyən toxumaların daha çox itirilməsinə səbəb olur. Nəticədə, daha cox çənə sümüyü itirildiyi üçün dişin laxlaması artır və çəkilməsi zərurəti yaranır.
Təbii dişlərdə olduğu kimi, implantlar ətrafında da bakteriyalar diş əti və çənə sümüyü toxumalarının qıcıqlandırması ilə iltihablanmasına və itkisinə səbəb ola bilərlər.
PERİ-İMPLANT MUKOZİT
Peri-implant mukozit zamanı diş əti iltihabı, implant ətrafında sümük itkisi olmadan, yalnız diş əti toxumalarında görünə bilər. Ümumiyyətlə, peri-implant mukozit peri-implantitin xəbərçisidir! Elmi tətqiqatlar göstəriblər ki, peri-implant mukozit, erkən diaqnoz edildiyində, geri dönüşümlü olaraq uğurla müalicə edilə bilər.
PERİ-İMPLANTİT
Peri-implantit zamanı çənə sümüyü, peri-implant mukozitdən fərqli olaraq, implant ətrafındaki diş əti iltihabı və sümük itkisi ilə nəticələnir. Peri-implant xəstəliklərin əlamətləri dişlər ətrafindaki diş əti xəstəlikləri ilə bənzərdir: ödemli və fırçalama zamanı qanayan diş ətləri. Daha öncə diş əti xəstəlikləri diaqnozu qoyulanlar, ağız boşluğu gigiyenası aşağı səviyyədə olanlar, gün ərzində siqareti ≥10 ədəd istifadə edənlər və ya şəkərli diabeti nəzarət altında olmayan (qlikohemoqlobin (HbA1c) ≥7%) insanlar peri-implant xəstəliklərin yaranmasında daha yüksək risk altındadırlar. Peri-implantiti ortadan qaldırmaq üçün diş əti müalicəsinə əlavə olaraq cərrahi müalicə də tələb olunur.
Sağlam
Peri-implant Mukozit
Peri-implantit
İmplantın itirilməsi
DİŞ ƏTİ MÜALİCƏSİ
Diş əti müalicəsinin əsas məqsədi dişlər və implantlar ətrafında diş əti xəstəliklərinə səbəbi olan ərpə və risk amillərinə tam nəzarət edərək xəstəliyin inkişafını dayandırmaq, həmçinin itirilmiş və zərər görmüş toxumalarının bərpası və dərin ciblərin ortadan qaldırılması ilə dişlər və implantlar ətrafında sağlam mühiti təmin etməkdir. Diş əti mualicəsi mümkün olduqca minimal invaziv şəkildə olmalıdır. Əksər hallarda diş əti müalicəsi cərrahiyyəsiz vasitələr ilə həyata keçirilə bilir, ancaq bilinməlidir ki, bu müalicənin məhdudiyyətləri vardır. Bu mərhələdə diş əti sağlamlığına nail ola bilmədiyimiz vaxt, rekonstruktiv diş əti cərrahiyyəsi uygun görülə bilər.
DİŞ ƏTİ MÜALİCƏSİNİN PİLLƏLƏRİ
Diş əti müalicəsi bir neçə pillədən ibarətdir:
PİLLƏ I - SUPRAGİNGİVAL İNSTRUMENTASİYA
Diş əti müalicəsinin məqsədi ağız boşluğunda zərərli bakteriya miqdarını azaldaraq, nəticədə iltihab səviyyəsini də azaltmaqdır. Dişlər və implantlar ətrafındakı əlçatan nahiyələrdən xüsusi alətlər və cihazlar istifadə edilərək bütün yumşaq və sərt çöküntülər təmizləndikdən sonra həmin səthlər cilalanır.
Diş əti xəstəliklərinə təsir edən risk amillərinin tənzimlənməsi
Bəzi risk amilləri diş əti xəstəliklərinin yaranmasına tək başlarına səbəb olmasalar da, onların inkişafını sürətləndirib və iltihabın olduğu şəraitdə müalicəni qeyri-sabit olması ilə nəticələndirə bilərlər. Bu amillərin aradan qaldırılması məqsədi ilə aşağıdakı bəzi işləmlər tələb oluna bilər:
-
Şəkərli diabeti və digər sistem xəstəliklərinin nəzarət altına alınması, siqaret və tütün məmulatlarının istifadəsinin azaldılması və ya tərgidilməsi
-
Dişləm sırasında çənələr arasında travmanın ortadan qaldırılması və bruksizmi olan xəstələrdə fərdi lövhələrin hazırlanması
-
Çənə sümüyündə zəifləmiş və laxlaması artmış dişlərin birləşdirilməsi
-
Ümidsiz olaraq proqnozlaşdırılan dişlərin çəkimi və implantlarıx çıxardılması
Fərdi ağız boşluğu gigiyena təlimatı və məsləhəti
Müalicə sırasında parodontoloq tərəfindən diş əti xəstəliklərinin səbəbləri və diş əti sağlamlığının necə qorunması haqqında məlumat verilir. Bununla yanaşı, hər bir insana, onun tələblərinə uyğun olaraq, ən uyğun diş fırçalama texnikası (Bass/Stilmann), diş ipi və ya dişarası fırçaların düzgün istifadəsi fərdi olaraq izah olunur və göstərilir.
Diş fırçalama texnikası (Bass metodu)
Diş fırçalama texnikası (Stilmann metodu)
Diş ipi və dişarası fırçanın istifadə qaydası
PİLLƏ II - SUBGİNGİVAL İNSTRUMENTASİYA
Parodontiti diaqnozu qoyulmuş insanlarda supragingival instrumentasiya aparıldıqdan 10-14 gün sonra xüsusi alətlər və cihazlar istifadə edilərək 4-mm dən dərin cibi olan dişlərin kök səthi, tərkibində bakterial toksinlər olan, ərp və diş daşları təmizlənərək hamarlaşdırılır. Bəzi hallarda əlavə olaraq, antiseptik və ya antibiotiklərin tətbiqi ilə dəstəkləyici antibakterial müalicəyə ehtiyac ola bilər. Cib dərinlikləri bir miqdar azalsalar da, tamamən ortadan qalxmadıqları üçün, bu pillə bəlli vaxt intervallarında təkrarlana bilər. Bu mərhələdən sonra, əldə etdiyimiz diş əti sağlamlığını qorumaq məqsədi ilə, 4 aylıq fasilələrlə, parodontoloq tərəfindən dəstəkləyici müalicə aparılmalıdır.
ÖNCƏ/SONRA
Böyütmək üçün şəklin üzərinə klikləyin.
PİLLƏ III - REGENERATİV PARODONTOLOJİ CƏRRAHİYYƏ
Diş əti müalicəsindən 6-12 həftə sonrakı kontrol müayinəsində, parodontoloq tərəfindən ağız boşluğu gigiyenası və əldə olunan diş əti sağlamlığını qiymətləndirmək üçün, ilkin müayinə sırasında olduğu kimi parodontoloji zond istifadə edilərək diş əti qanamasının varlığı, dişlər və implantlar ətrafında cib dərinlikləri ölçülərək qeyd edilir və əlavə diş əti müalicələri haqqında tövsiyələr verilir. Bu zaman hər hansı dişin ətrafında cib dərinliyi ≥6 mm və ya implantın ətrafında cib dərinliyi ≥5 mm və sümük itkisi ≥2 mm olquqda, regenerativ diş əti cərrahiyyəsi uyğun görülə bilər. Bu dərinlikdəki ciblərdə, fırçalar və diş ipi xəstələr tərəfindən əlçatmaz olduğu üçün, bakteriyaların burada təkrar kolonizasiya olaraq yeni bir iltihaba və xəstəliyin təkrarlanmasına səbəb olur. Regenetiv cərrahiyyə sırasında dişlərin kök səthindəki və implantlar ətrafındaki dərin təmizliklər sırasında əlçatmaz olan diş daşları tam təmizləndikdən sonra dişlər və implantlar ətrafındakı sümükdəki qüsura uygun olaraq sümük qreftləri, toxuma regenerasiyası geli və kollagen membranlar kimi xüsusi biomateriallardan istifadə edilərək, diş əti xəstəlikləri nəticəsində zərər görmüş və ərimiş sümük yenidən bərpa edilir.
ÖNCƏ/SONRA
Böyütmək üçün şəklin üzərinə klikləyin.
PİLLƏ IV - DƏSTƏKLƏYİCİ DİŞ ƏTİ MÜALİCƏSİ
Uğurlu diş əti müalicəsi həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına, dəstəkləyici diş əti müalicəsinin vaxtında aparılması və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riayət edilməsi ilə əməkdaşlıq tələb edir. Periodik kontrol müayinələri diş əti sağlamlığının stabilliyini təmin etmək üçün, xəstəliyin təkrarlanmayaraq, dəstək toxumaların yenidən dağılması ilə nəticələnmədiyindən əmin olmaq üçün həyati vacibdir. Dəstəkləyici diş əti müalicəsinin sıxlığı hər 4-6 aydan bir nəzərdə tutulur, diş əti xəstəliyinin ağırlığından və bu xəstəliyin o insanda fərdi inkişaf etmə riskindən asılıdır.