Mukogingival Cərrahiyyə
DİŞ ƏTİ ÇƏKİLMƏLƏRİNİN ÖRTÜLMƏSİ
Diş əti çəkilməsinin cərrahi müalicəsinin məqsədi çəkilmə nəticəsində açılmış kök səthinin çürüməkdən qorunması və diş əti ilə təkrarən tam örtülməsi ilə yaranan həssaslığın və estetik qüsurların ortadan qaldırılmasıdır.
Cərrahiyyə sırasında donor toxuma olaraq istər "qızıl standart" qəbul olunan xəstələrin damaq nahiyyəsindən alınan diş əti toxuması və ya əvəzedici biomateriallar istifadə edilərək təksaylı və ya çoxsaylı diş əti çəkilmələri tam örtülə bilər
ÖNCƏ/SONRA
Böyütmək üçün şəklin üzərinə klikləyin.
DİŞ TACININ UZADILMASI
İnsanlarda “Diş əti təbəssümü” adlanan, gülümsəmə zamanı diş tacının, anatomik olaraq normal uzunluqda olmasına baxmayaraq, normadan artıq diş əti ilə örtülü və qısa görünməsidir. Cərrahiyyə sırasında normadan artıq olan diş əti və sümük toxuması bir və ya bir neçə diş ətrafında tənzimlənərək təbii gülümsəmə əldə olunur. Bununla yanaşı, bu cərrahiyyə növü diş əti səviyyəsinin altında olan çürüklərin və diş qırıqlarının bərpasından öncə və ya protezləmə mərhələsindən öncə klinik diş tacının artırılması məqsədi ilə aparıla bilər.
ÖNCƏ/SONRA
Böyütmək üçün şəklin üzərinə klikləyin.
KERATİNLİ DİŞ ƏTİNİN AQUMENTASİYASI
Dişlər və implantlar ətrafında uzun müddətli diş əti sağlamlığını və gündəlik ağız boşluğu qiqiyenasını təmin etmək üçün keratinləşmiş və yapışıq diş ətının varlığı çox vacibdir. Kifayət qədər diş əti olmadıqda donor toxuma olaraq istər "qızıl standart" qəbul olunan xəstələrin damaq nahiyyəsindən alınan diş əti toxuması və ya əvəzedici biomateriallar istifadə edilərək diş əti miqdarı artırılır.
ÖNCƏ/SONRA
Böyütmək üçün şəklin üzərinə klikləyin.
FRENEKTOMİYA
Frenulum (yüyən) ağız boşluğunda dilin altından və ya dodağın iç tərəfindən üst və alt kəsici dişlərin arasına qədər uzanan, bəzi hallarda dodağın və ya dilin hərəkətini məhdudlaşdıra bilən yumuşaq selikli qişa toxumasıdır. Normal ölçülərdən daha böyük, qalın olduqda və diş əti kənarına çox yaxın bağlandığında diş əti çəkilməsinə, dişlərin birləşməməsinə, diastemanın yaranmasına, diş əti xəstəliyinə və ya xüsusən uşaqlarda danışma probleminə səbəb ola bilərlər. Bu halda yüyənin tamamının və ya bir parçasınının cərrahi olaraq çıxardılması məqsədi ilə frenektomiya aparılır. Daha sonra dişlər arasında yaranan məsafə ortodontik müalicə ilə tənzimlənir.
ÖNCƏ/SONRA
Böyütmək üçün şəklin üzərinə klikləyin.